Pişiyi təpikləyib əzərək öldürdü - DƏHŞƏTLİ HADİSƏ



 23:09 21.05.2024     833

Trabzonda naməlum şəxsin pişik balasını təpiklə əzərək öldürərək otluğa atdığı anlar mobil telefonun kamerasına düşüb.

Demedia.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun İrfanlı Məhəlləsi Kalyon məhəlləsində baş verib.

Küçədə elektrik transformatorunun yerləşdiyi otluq ərazidə naməlum şəxs pişik balasını dəfələrlə təpikləyib.

Hücum edən şəxs pişiyi ayağı ilə əzərək öldürüb. Bir müddət ətrafdakı istinad divarında oturan təcavüzkar yenə eyni əraziyə gələrək öldürdüyü pişiyi götürüb atıb.

Məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Aysun / Demedia.az