Uzunluğu 1,5 metr olan ilanın boynuna kəndir bağladı və... - VİDEO



 23:48 21.05.2024     744

Türkiyədə maraqlı hadisə yaşanıb. 

Demedia.az xəbər verir ki, Sakaryanın Arifiye rayonunda fabrik sahibi Hüseyin Çodur (40) 1,5 metr uzunluğundakı ilanı tutaraq boynuna kəndir bağlayıb, video çəkib və sonra təbiətə buraxıb.

Hadisə dünən axşam saatlarında Arifiye rayonunda metal və polad istehsal edən fabrikdə baş verib. Fabrik sahibi Hüseyin Çodur fabrikə girib-çıxan ilanı görüb və heyvanı tutub.

1,5 metr uzunluğundakı ilanın boynuna kəndir bağlayan Çodur daha sonra mobil telefonun kamerası ilə həmin anları lentə alıb. 

Aysun / Demedia.az