Rusiya: İsrail və ABŞ Fələstin dövlətinin yaradılmasına mane olur
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fələstin dövləti qurulmadan Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsinin mümkün olmadığını deyib.
Demedia.az xəbər verir ki, bu barədə o, Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri toplantısından sonra mətbuat konfransı keçirib.
“Həm İsrail, həm də İsraili dəstəkləyən ABŞ bu prosesin qarşısını almağa çalışırlar”.
Nazirlərin görüşündə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiklərini deyən Lavrov Fələstin dövlətinin yaradılmasının vacibliyinə işarə edib.
La "Biz ortaq bir fikrə gəldik ki, Fələstin dövləti qurulmadan Avrasiyanın bu bölgəsində təhlükəsizliyin təmin edilməsi mümkün deyil. Həm İsrail, həm də İsraili dəstəkləyən ABŞ bu prosesin (Fələstin dövlətinin yaradılması-red ) qarşısını almağa çalışır”.
Bahadur Seyidov