Dünya şöhrətli aktyor jurnalisti yumruqlayıb



 13:12 22.05.2024     275

Fransalı aktyor Jerar Depardyenin Romada jurnalistə qarşı zorakılıq tətbiq etdiyi bildirilib.

Demedia.az xəbər verir ki, Depardye Romada onun fotolarını çəkən italyan fotojurnalist Rino Barillariyə yumruq vurub.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, Depardye bu gün Romanın Via Veneto küçəsindəki məşhur məkanda dostları ilə nahar edərkən Barillarının şəkil çəkdirməsi onu narahat edib və fotomüxbirə yumruq atıb.

Qeyd edək ki, 75 yaşlı fransız aktyor Jerar Depardye bir müddət əvvəl cinsi təcavüz iddiası ilə nəzarətə götürülmüşdü.

Bahadur Seyidov