Son 3 ildə İranda yaşananlar – Terror, edam, mitinqlər…



 15:08 22.05.2024     313

88 milyon əhalisi olan İran prezidenti, xarici işlər naziri Abdullahiyan və onu müşayiət edən 7 rəsminin helikopter qəzasında həlak olmasından şoka düşüb.

Demedia.az CNN Türk-ə istinadən xəbər verir ki, bu, ən böyük sarsıntılardan biri olsa da, ilk deyil. İranın 2020-ci ildən bəri gündəmi sui-qəsdlər, ölümlər, sanksiyalar və üsyanlarla doludur.

2020-ci il İran üçün unudulmaz il kimi yadda qalıb. Yanvarın 3-də İraqın paytaxtı Bağdadda olan İnqilab Keşikçiləri Qvardiyasının generalı Qasım Süleymani ABŞ-ın o zamankı prezidenti Donald Trampın əmri ilə hava zərbəsi nəticəsində öldürülüb dəfn mərasimi zamanı yaranan izdiham nəticəsində 56 nəfər həyatını itirib.

2020-ci ilin oktyabr ayında İranda Covid-19 səbəbiylə hər dörd dəqiqədə bir ölüm baş verdiyi açıqlanıb. İranın dini lideri Ayətullah Əli Xameneinin məşvərət şurasının üzvü Seyid Məhəmməd Mir-Məhəmməd də Covid-19 səbəbilə dünyasını dəyişib.

2021-ci ilin ən diqqətçəkən məqamı prezidentliyə namizəd Rəisinin 62 faizlə seçkilərdə qalib gəlməsi olub.

İran vətəndaşı 22 yaşlı Məhsa Əmini hicabı düzgün taxmadığı üçün əxlaq polisi saxlayıb. Əmini xəstəxanada olarkən dünyasını dəyişib. Bu ölümdən sonra ölkədə qarışıqlıq yaranıb. İnsan haqları müdafiəçiləri və rejim əleyhdarları İranın bir çox bölgələrində, universitetlərdə və küçələrdə etiraz aksiyaları keçirib. 2022-ci ilin son 4 ayında İranın 31 vilayətində etiraz aksiyaları keçirilib. Etirazların ilk 3 ayında 500-dən çox insan həlak olub.

2023-cü ildə İnqilab Keşikçiləri Korpusunun üzvü və Bəsic baza komandiri Qasım Fəthullahi Tehranda evinin qarşısında öldürülüb.

İran 2023-cü ilin may ayında 142 vətəndaşını edam edib. Bu rəqəm 2015-ci ildən bəri ən yüksək rəqəm kimi qeydə alınıb.

2024-cü ilin yanvarın 3-də Qasım Süleymaninin anım gününə toplaşan kütləyə qarşı terror aktı törədilib. 103 nəfər həyatını itirib.

Aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücum edib. General Zahedi də daxil olmaqla 8 İnqilab Keşikçisi öldürüldü.

Aprelin 13-nə keçən gecə İran İsrail ərazisinə birbaşa hücum edib. Təxminən 500 pilotsuz təyyarə və çoxlu raket atılıb. İsrailə ciddi ziyan dəyməyib.

Bahadur Seyidov