Məşhur modeldən sərt reaksiya: “Odları bol olsun”



 15:42 22.05.2024     304

Türkiyənin məşhur modeli Tuğba Özay İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı Türkiyədə milli matəm elan edilməsinə sərt reaksiya verib.

Demedia.az xəbər verir ki,  İranın qurucu lideri Ayətullah Xomeyninin şəklini sosial media hesabında paylaşaraq qeyd edib:

“Onlara yas tutmaq? Odları bol olsun".

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olmasından sonra Türkiyədə bir günlük milli matəm elan edilib. Türkiyədə matəm səbəbilə bayraqlar yarıya endirilib.

Bahadur Seyidov