Hamiləliyin ilk trimestri: Bunlara diqqət edin! - Video



 11:55 22.05.2024     433

Hamiləliyin ilk həftələri həm qadın bədənində, həm də dölün inkişafında sürətli dəyişikliklərin baş verdiyi ilk 3 aydır. Bu aylar qadın üçün heç də asan keçmir.

Belə ki, həm fiziki, həm də psixoloji vəziyyətində əvvəl görülməyən hallar meydana çıxır. I trimestrdə qadını ən çox narahat edən, əsasən ürəkbulanma və qusma, süd vəzilərindəki həssaslıq olur. Bundan başqa, hormonal dəyişikliklər və gələcək ananın övladına görə narahat olması, həyatının tamamilə dəyişəcəyini anlaması, hamiləliyin gedişi ilə bağlı şübhələrin olması hamilənin eyni vaxtda həm sevinc, həm həyəcan hissləri keçirməsinə səbəb olur. I trimestrdə baş verən hormonal dəyişikliklər özü ilə narahatlıq və tükənmişlik hissini də gətirə bilir. 

Mama-Ginekoloq Vüsalə Əzizova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Mama-ginekoloq Vüsalə Əzizova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az