İsti aylarda D vitamini q\bul etməliyik? - Video
Ölkəmizdə may ayından başlayaraq oktyabr ayına qədər günlənəriksə dərimizdə vitamin D sintezlənir. Amma oktyabr ayından ta ki, may ayına qədər payız və qış dönəmində günəşlənsək belə dərimizdə vitamin D sintezlənə bilməz. Ona görə biz vitamin D-ni qida əlavəsi şəklində mütləq qəbul etməliyik.
Yükləmə dozayla müalicə təxminən həftədə 50.000 doza olmaqla 8 həftə ardıcıl verilən vitamin D müalicəsidir. Əgər vitamin D depomuz 20-dən yuxarıdırsa, bu zaman dəstəkləyici dozada hər gün vitamin D qəbul etməyimiz lazımdır. Bu da 800-2000 beynəlxalq vahid arası dəyişir.
Vitamin D artıqlığı niyə təhlükəlidir?
Vitamin D-nin artıq qəbulu, yəni qanda vitamin D səviyyəsinin həddindən artıq yüksək olması qanda kalsium miqdarını artırır. Qanda artan kalsium miqdarı əslində sümükdən yuyulub gələn kalsiumdur. Bu halda həm sümük kütləsinin azalması müşahidə olunur, zamanla sümük əriməsinə səbəb olur, həmçinin qanda kalsium miqdarı artır və kalsium artaraq bir sıra orqanlara mənfi təsir göstərməyə başlayır. Məsələn, ürəyə mənfi təsir göstərərək ürək ritmini poza bilər, beynə mənfi təsir göstərə bilər, mədə bağırsaq sisteminə mənfi təsir göstərib ürəkbulanma, iştahsızlıq, qusmaya belə səbəb ola bilər. Həmçinin böyrəklərə mənfi təsir göstərərək böyrək daşından tutmuş böyrək çatışmazlığına qədər gətirib çıxarda bilir.
Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az