"Beşiktaş" - "Trabzonspor" matçını o idarə edəcək
Super Liqa nəhəngi "Beşiktaş"la bu mövsümü 3-cü yerdə başa vurması təmin edilən "Trabzonspor" arasında keçiriləcək Türkiyə Kubokunun finalını Ali Şansalan idarə edəcək.
Demedia.az xəbər verir ki, TFF-dən verilən açıqlamada deyilib:
"Beşiktaş ilə Trabzonspor arasında keçiriləcək 62-ci Ziraat Türkiyə Kuboku Finalının hakimləri açıqlanıb. Cümə axşamı günü Atatürk Olimpiya Stadionunda oynanılacaq matçı Ali Şansalan idarə edəcək. 23 May və 20.45-də başlayacaq Şansalanın Asistanlar Serkan Ok və Serkan Olguncan, matçın dördüncü hakimi isə Burak Pakkan olacaq".
Aysun / Demedia.az