Daha 3 ölkə Fələstin dövlətini rəsmən tanımaq qərarına gəlib
Dünyanın bir çox yerindən İsrailin Qəzzaya davam edən hücumları ilə bağlı səslər ucalır.
Demedia.az xəbər verir ki, etirazlarla yanaşı, beynəlxalq arenada dövlətlər də Fələstini tanımağa qərar verirlər.
Nəhayət, Norveç, İrlandiya və İspaniya Fələstin dövlətini rəsmən tanıyacaqlarını açıqladılar. Norveçin baş naziri Jonas Gahr Stoere Fələstini tanıyacaqlarını bəyan edib.
Baş nazir Stoere deyib: "İsrail-Fələstin probleminin yeganə həll yolunu yaşatmağa davam etməliyik. Bu, yan-yana, sülh və güvən içində iki dövlətli həlldir".
Stoere əlavə edib ki, onların Fələstini tanımaq qərarında başqa bir amil amansız müharibə zamanı mövqelərini itirmiş mötədil qüvvələri dəstəkləməkdir.
Aysun / Demedia.az