Derbi qələbəsi hər şeyi dəyişdi!



 18:00 22.05.2024     172

Trendyol Super Liqasının 37-ci həftəsində səfərdə "Qalatasaray"ı məğlub edən "Fənərbaxça"da yeni inkişaflar yaşanmaqda davam edir.

Demedia.az xəbər verir ki, derbi öncəsi əcnəbi məşqçilərlə görüşən sarı-göylülər derbi qələbəsindən sonra İsmail Kartalla bağlı fikirlərini dəyişib.

İsmail Kartal Qalatasaray derbisinə qədər Fənərbaxçanın növbəti mövsüm üçün planlarında yox idi. "Fənərbağça"nın prezidenti Ali Koçun derbidəki qələbədən sonra baş məşqçi İsmayıl Kartalla bağlı fikrini dəyişdiyi öyrənilib. Derbidəki komandanın xarakterindən prezidentin çox təsirləndiyi öyrənilib. Bildirilib ki, Ali Koç indi növbəti mövsümdə İsmail Kartalla davam etmək fikrinə daha müsbət yanaşır. Sarı-göylülər çempion olarsa, yol mütləq İsmayıl Kartalla davam edəcək.

Aysun / Demedia.az