Bonuççi futboldan gedir



 17:15 22.05.2024     189

"Fənərbaxça"ya transfer olunan və gözləntiləri qarşılaya bilməyən Leonardo Bonuççinin mövsümün sonunda sarı-göylülər komandada qalması gözlənilmir.

Demedia.az xəbər verir ki, Kanarya ilə vidalaşacaq Bonuççi də futbolu buraxmağa hazırlaşır.

İspaniya mətbuatı Relevoda yer alan xəbərə görə, "Fənərbaxça"da çıxış edən Leonardo Bonuççi mövsümün sonunda karyerasını bitirməyi düşünür.

Təcrübəli futbolçunun yaxın vaxtlarda təqaüd qərarını açıqlaması gözlənilir.

Aysun / Demedia.az