Zaporojya Atom Elektrik Stansiyası dronla hücum edilib
Zaporojya Atom Elektrik Stansiyası Ukrayna ordusuna aid kamikadze pilotsuz uçan aparatın zavodun ərazisinə hücum etdiyini və hücum nəticəsində kritik zərərin baş vermədiyini bildirib.
Demedia.az xəbər verir ki, Zaporojya Atom Elektrik Stansiyasının sosial media hesabındakı yazılı açıqlamada, Ukrayna ordusunun son günlərdə stansiya ərazisi və yaxınlıqdakı Enerqodar şəhərinə hücumlar təşkil etdiyi bildirilib. Açıqlamada deyilir ki, hücum nəticəsində ölən və ya yaralanan olmayıb, infrastruktura ciddi ziyan dəyməyib. Açıqlamada mülki şəxslərə və Zaporojya Atom Elektrik Stansiyasına qarşı hücumların qəbuledilməz olduğu və onların terror hücumu çərçivəsində olduğu qeyd edilib.
Bahadur Seyidov