Ərdoğan: Qəzzanı uşaq məzarlığına çeviriblər



 23:18 22.05.2024     275

Oktyabrın 7-dən başlayaraq bütün dünyanın gözü qarşısında Qəzzada ötən əsrin ən amansız soyqırımlarından biri həyata keçirilir.

Demdedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Onun sözlərinə görə,  Qəzzada bunları edənlər xəstəxanaları, ibadət yerlərini bombalamaq, yardım daşıyan yük maşınlarına hücum etmək, yemək növbəsində duran günahsız dinc əhalinin üzərinə bomba atmaq qədər insanlıqlarını itiriblər:

“Bütün bunları illərdir bizə insan hüquq və azadlıqlarını öyrədənlərin silahları, bombaları, təyyarələri və qeyd-şərtsiz diplomatik dəstəyi ilə ediblər. Heç kim bizim ağlımızı ələ salmamalıdır. Heç kim gözümüzün içinə baxıb yalan danışmamalıdır. Qəzzada axıdılan qanda işğalçılar qədər logistik dəstək verənlər də məsuliyyət daşıyır. Zalımların etdikləri əməllərdən qurtulacaqlarını düşünməyin”.

Ərdoğan bildirir ki, nə qədər ki, Qərb dövlətləri İsrailin Bşa naziri Binyamin  Netanyahunun arxasında dayanıb  Fələstində qırğınların qarşısını almaq mümkün deyil:

“Daha çox qan tökülməmişdən əvvəl İsrail administrasiyası mümkün qədər tez dayandırılmalıdır. Sionist ekspansionizmi belə davam edərsə, açıq deyirəm, dünyamız yeni münaqişələrə “hamilədir”.

Bahadur Seyidov