Bu ölkədə ilk dəfə insanda quş  qripi aşkarlanıb



 12:01 23.05.2024     286

Avstraliyada ilk dəfə bir insanda quş qripi aşkarlanıb

Demedia.az xəbər verir ki, Viktoriya əyalətinin səhiyyə rəsmiləri bu gün verdikləri açıqlamada quş qripinə yoluxan uşağın Hindistandan evə mart ayında gəldiyini və özünü yaxşı hiss etmədiyini bildirib. Sonrakı müayinələrdə uşağa quş qripi (H5N1) diaqnozu qoyulub və müalicədən sonra tam sağaldığı vurğulanıb. Virusun başqalarına sirayət etmədiyini deyən səlahiyyətlilər, quş qripinin çoxlu müxtəlif alt tiplərinin olduğunu və əksəriyyətinin insana yoluxmadığını qeyd edib.

Qeyd edək ki, son aylarda ABŞ-də südlük inəklərdə quş qripi aşkarlanıb, fermada pişiklərin çiy süd içməsi nəticəsində öldüyü, fermada çalışan bir şəxsin xəstəliyə tutulduğu bildirilib.

Bahadur Seyidov