3 mindən çox məhbus Ukrayna ordusuna qoşulmaq üçün müraciət edib



 10:21 23.05.2024     263

Ukrayna ədliyyə nazirinin müavini Olena Vısotska bildirib ki, Ukraynada 3000-dən çox məhbus Rusiya işğalına qarşı daha çox döyüşçü tapmaq məqsədi daşıyan yeni qanun çərçivəsində silahlı qüvvələrə qoşulmaq üçün müraciət edib.

Demedia.az xəbər verir ki,  bunu o, yerli KİV-ə müsahibəsində deyib:

“Mayın əvvəlində Ukrayna parlamenti müəyyən kateqoriyalı məhbusların şərti azadlığa buraxılması müqabilində silahlı qüvvələrdə döyüşməsinə icazə verən qanunu qəbul edib və bu qanunu dərhal prezident Vladimir Zelenski imzalayıb. Bu qanun öz ölkəsini müdafiə etmək arzusunu ifadə edən məhbusları da əhatə edir və məhbusun fiziki və psixoloji sağlamlığının yaxşı olduğu müəyyən edildikdən sonra hərbi hakimiyyət orqanlarının təsdiqini tələb edir. Bu qanun bəzi ağır cinayətlərə, xüsusilə də “iki nəfərdən çox adamı qəsdən öldürməyə”, cinsi zorakılığa, milli təhlükəsizliyə hücumlara və ya “ciddi” korrupsiyaya görə məhkum olunmuş məhbusları əhatə etmir. Yalnız üç ildən az həbsdə olan məhbuslar belə bir tələblə çıxış edə bilərlər”.

Bahadur Seyidov