ABŞ-dan Fələstinin müstəqilliyinin tanınması barədə açıqlama
Hər bir ölkənin öz qərarını vermək hüququ var və ABŞ iki dövlətli həllin yalnız birbaşa yollarla əldə edilməli olduğunu hesab edir.
Demedia.az xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Norveç, İrlandiya və İspaniyanın Fələstin dövlətinin tanınması ilə bağlı qərarları barədə danışarkən belə deyib. O bildirib ki, ABŞ bu məsələdə “iki dövlətli həll”i irəli sürür və bunun həm İsrailin təhlükəsizliyi, həm də Fələstin xalqının dinc yaşaması üçün ən düzgün yol olduğunu hesab edir.
Bahadur Seyidov