Blinken Konqresdə Fələstini dəstəkləyən qruplar tərəfindən etirazla qarşılanıb



 12:20 23.05.2024     270

ABŞ dövlət katibi Antoni Blinken Konqresdə nazirliyin büdcəsi ilə bağlı hesabat verərkən Fələstini dəstəkləyən qruplar tərəfindən etirazla qarşılanıb.

Demedia.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində nazirliyinin 2025-ci il büdcəsi ilə bağlı hesabat verən Blinkenin çıxışı yenidən “Fələstinə azadlıq” şüarları ilə kəsilib. Konqres polisinin müdaxiləsi ilə zaldan çıxarılan etirazçılardan biri “Bizi yox, Blinkeni həbs etməlisiniz” deyib. Blinkenin bundan əvvəl Senatın Xarici Əlaqələr Komitəsi və Senatın Təxsisatlar Komitəsindəki çıxışları da tez-tez Fələstini dəstəkləyən iştirakçıların etirazları ilə kəsilib.

Blinken zala daxil olarkən qırmızıya boyanmış əllərini havada tutan fələstinli tərəfdarlar onu “40 min fələstinlinin qanı onların əlindədir”, “Soyqırım xarici işlər naziri” və “Ayıb olsun” kimi pankart və sözlərlə qarşılayıblar.

Bahadur Seyidov