Berlində polis tələbələrin təşkil etdiyi Fələstinə dəstək nümayişinə müdaxilə edib
Almaniyanın paytaxtı Berlində bir qrup tələbənin təşkil etdiyi Fələstinə dəstək nümayişinə polis müdaxilə edib.
Demedia.az xəbər verir ki, Mitte rayonunda bir qrup tələbə Humboldt Universitetinin Sosial Elmlər Fakültəsi binasında etiraz aksiyası keçirib. Tələbələr binanın çöl hissəsində “Azad Fələstin” yazılmış pankart asıblar. Fələstinin lehinə şüarlar səsləndirən tələbələrə polis müdaxilə edib. Bir çox nümayişçi saxlanılıb. Daha sonra polis bu qrupa binadan təxminən 100 metr aralıda nümayiş keçirməyə icazə verib. Bildirilir ki, fakültə binasındakı tələbələr Berlin Humboldt Universitetinin prezidenti Julia von Blumentalın görüş təklifini qəbul ediblər.
Tələbələrin tələbləri arasında binanın boşaldılmaması, tələbələrin aksiyasına dəstək verilməsi, universitet rəhbərliyinin Qəzzada törədilən soyqırımı qəbul etdiyinə dair bəyanatın verilməsi də var.
Bahadur Seyidov