Köhnə həkimlərin sirri- Hər gün 2 stəkan için - Video



 09:59 23.05.2024     444

Nanənin tərkibində bol miqdarda vitamin var. Bu səbəbdən də, orqanizmdə yaranan bəzi narahatlıqlar zamanı nanə köməyə çatır.

Nanənin dəmlənməsi və qurudulması üsulları çox adamı maraqlandırır. Məhz buna görə də, müxtəlif xəstəliklər zamanı nanənin qəbuledilmə üsulları haqqında video hazırlamağa qərar verdim. Bitkinin faydaları hələ qədim zamanlardan insanlara məlum idi. Onunla bağlı ilk yazılı mənbələr qədim Misir xanədanlıqlarına aiddir. Qədim Romada nanənin köməyilə mədə-bağırsaq traktatı xəstəliklərini, həmçinin, dəridəki səpkiləri müalicə edirdilər. Bitkidən tonuslaşdırıcı kimi və bədənin müqavimətini artırmaq üçün istifadə olunub. Nanə suyu havanı təmizləyir. Bəzi filosoflar nanə yarpağı çeynəməyi adət etmişdilər. Onlar düşünürdülər ki, bitkinin yarpağı beyin damarlarını açır. Qədim mədəniyyətlərdə nanənin pis ruhları evdən uzaq tutduğuna dair inanclar da mövcud idi. Digər bir inanca görə, gənc qızlar yastıqlarının altına nanə qoyub yatarsa, yuxuda gələcək həyat yoldaşını görür. Demək olar ki, hər bir evdə qurudulmuş nanə yarpağı var. Nanənin faydaları çoxdur. Məşhurluğunu tərkibindəki vitamin və mineral zənginliyinə borcludur. Qoxusu və dadından əlavə, nanədən hazırlanan bir çox məhlul və vasitə də insanların köməyinə çatır. Tərkibindəki əsas elementlər bunlardır: -suda həll olunan B qrupu vitaminləri və C vitamini; -keyidici xüsusiyyətə malik olan təbii birləşmələr; -antioksidantlar; -beta-karoten; -təbii turşular; -mikroelementlər (fosfor, maqnium, natrium və s.); -bitki mənşəli zülal;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az