DABAN MAHMIZI (ŞPORU): Əlamətləri və müalicəsi - Video



 11:04 23.05.2024     410

Daban şporu kalsium yığıntılarının daban sümüyünün alt hissəsində çoxalması və sümük çıxıntısı yaratmasıdır. Daban şporu adətən ayaqlarda həddindən artıq yüklənmə olduqda yaranır.

İlk əlaməti dabanda yaranan ağrıdır və  axşama doğru ağrıda güclənmə müşahidə olunur. Müalicə edilmədikdə gündəlik həyatı və hərəkət etməyi çətinləşdirir. Daban şporu daha çox bərk dabanlı ayaqqabı geyinən, ayaqyalın soyuq yerdə gəzən, yerimə pozğunluğu olan insanlarda rast gəlinir. Müayinə və rentgen yolu ilə qoyulan erkən diaqnoz sağalma prosesində vacib rol oynayır. Daban şporu xəstəliyi və şikayətləri düzgün müalicə ilə aradan qaldırıla bilər.

Daban şporu, artıq çəkili, düz və bərk dabanlı ayaqqabı geyinən, yerimə pozğunluğu olan, insanlarda müşahidə olunur. Plantar fassiya adlanan daban sümüyünü ayaq barmaqlarının falanqalarına birləşdirən bağdakı  iltihabi dəyişikliklər buna səbəb ola bilir. Beləliklə ayaq dabanında yığılan kalsium sümük çıxıntısına gətirib çıxarır. İstirahət zamanı ağrımayan, sadəcə hərəkət edərkən ağrıya səbəb olan və günün sonuna doğru ağrının artdığı ortopedik bir problem olan daban şporu insanın gündəlik həyatda hərəkətini məhdudlaşdırır.Dabanda iynə batması hissi verən daban şporunun ilk simptomu dabanın alt hissəsində ağrıdır. Bu ağrının adətən istirahətdən sonra ilk yüklənmədə və ya günün sonuna doğru intensivliyi artır. Adətən ayaq bağlarına güc düşdükdə, sümüklərdə stress yarandıqda və ayaqyalın gəzdikdə əmələ gəlir. Şiddətli ağrı olmadıqca hiss edilməyən daban şporunun erkən diaqnozla müalicəsi mümkündür. Burada vacib olan nüans diaqnozdan sonra uyğun müalicə üsulunu təyin edib prosesə başlamaqdır.

Alqoloq Vüsal Eyvazov mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az