UŞAQLAR TEZ-TEZ QUSURSA... - Video



 11:08 23.05.2024     445

Reflüks - ezofaqit qida borosunun aşağı hissəsinin zədələnməsi olub, mütəmadi və spontan olaraq, mədə şirəsi və möhtəviyyatının qida burusuna qayıtmasıdır.

Qida borusu patologiyası son illərdə uşaq qastroenteroloq və cərrahlarının böyük diqqətinə səbəb olub. Bu, onunla əlaqədardır ki, mədənin turş mühitinin qida borusuna geriyə atışı (reflüks) seliyin ciddi dəyişikliyinə və müxtəlif ağırlıqlı iltihabi proseslərə (ezofaqit) səbəb olur. Belə olan halda, bir çox xəstəliklərin (əgər mövcuddursa) gedişatı ağırlaşır. Reflüks-ezofaqit uşaqların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır və valideynlər üçün kifayət qədər problem yaradır. Adıçəkilən xəstəlik müasir dövrdə qida borusunun ən geniş yayılmış xəstəliklərindən biridir.Qarın boşluğundakı təzyiq döş qəfəsindəkindən xeyli artıqdır. Normalda mədə möhtəviyyatı qida borusuna düşə bilmir. Belə ki, qida borusunun aşağı hissəsindəki əzələ sfinkteri əyilmiş vəziyyətdə olur və buna maneçilik törədir. Normalda qidanın geri qayıtması qida borusunun möhkəm sıxılmış sfinkterinin heabına baş vermir. Bəzən sağlam uşaqlarda qısamüddətli reflüks müşahidə edilir - bu, gün ərzində 1-2 dəfə baş verir, qısa müddət davam edir və normal hesab edilir.  

Uşaq cərrahı Toğrul Ömərov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Toğrul Ömərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az