Türkiyədə hava kəskin dəyişdi - Qoz boyda dolu yağdı



 19:00 23.05.2024     621

Türkiyədə hava şəraiti kəskin dəyişib.

Demedia.az xəbər verir ki, meteorologiyanın yağış xəbərdarlığının ardından Qars, Əskişəhər, Kocaeli, Ədirnə, Ağrı və İzmirdə dolu və leysan həyatı mənfi təsir edib.

Qars və Əskişəhərə yağan qoz böyüklüyündə dolu görənləri heyran edib. Digər tərəfdən Ankara Qubernatorluğundan xəbərdarlıq gəlib.

Qarsa qoz boyda dolu yağıb. Şəhərə yağan güclü yağış və dolu vətəndaşları çətin vəziyyətə salıb. Qoz böyüklüyündə dolu yağışı vasitə sahiblərinə çətin anlar yaşatdı.

Günortadan sonra şəhərə yağan yağış yerini doluya verib. Qəfil yağan dolu vətəndaşlara çətin anlar yaşatsa da, nəqliyyat vasitələrini doludan qorumaq istəyən vətəndaşlar avtomobillərini xalça, yorğan kimi materiallarla örtüblər.

Qısa müddətdə ətrafı ağa çevirən dolu əkin sahələrinə də ziyan vurub. Təxminən 10 dəqiqə davam edən dolu leysan yağışına çevrilib.

Aysun / Demedia.az