Baş transplantasiyasını rəsmən elan etdilər! - Tarix açıqlandı



 20:02 23.05.2024     760

Alimlər baş transplantasiyası üçün tarix təyin ediblər.

Demedia.az xəbər verir ki, müvafiq olaraq, iflic və ya xəstə insanların başları süni intellektin köməyi ilə meyitlərə köçürüləcək.

Sergio Canavero adlı italyan cərrah tez-tez 2010-cu illərdə baş nəqli etmək istədiyini və hətta boyundan aşağı hərəkət edə bilməyən iflic namizədi tapdığını bildirsə də, sözügedən xəstə son anda əməliyyatdan imtina etmişdi.

Kanavero illərdir ki, tibbin bütün bədən transplantasiyasının həyata keçirilə biləcəyi mərhələyə çatdığını iddia edir. Ancaq bir çox həkim layihəyə şübhə və narahatlıqla yanaşır və bunun mümkün olmayacağını iddia edir. Tam bədən transplantasiyası əməliyyatlarının ölümcül xəstəlikləri olan insanların ömrünü uzadacağını ifadə edən Sergio Canavero, "Cəmiyyət istəməsə, bu əməliyyatı etmərəm. Ancaq ABŞ və ya Avropadakı insanlar bunu istəmədiyi üçün Bu, başqa yerdə edilə bilməyəcəyi anlamına gəlmir, amma Aya getməmişdən əvvəl, insanların sənin arxasınca gələcəyinə əmin olmalısan" - deyə bildirib. 

İlk baş transplantasiyası cəhdi 1954-cü ildə sovet cərrahı Vladimir Demixov tərəfindən edilib. Kiçik bir itin başı və ön ayaqları daha böyük bir itin bədəninin arxasına köçürüldü. Demixov daha sonra itlər üzərində oxşar əməliyyatlar apardı, lakin heyvanlar iki ilə altı gün arasında yaşadılar. Bir başın digəri ilə əvəz edildiyi ilk uğurlu transplantasiya əməliyyatı 1970-ci ildə ABŞ-ın Ohayo ştatında həyata keçirilib. Case Western Reserve Universitetindən Robert Uaytın rəhbərlik etdiyi qrup meymunun başını başqa bir meymunun üzərinə köçürüb. Lakin həkimlər onurğa iliyi birləşdirməyib.

Digər tərəfdən, bir nevrologiya və biotibbi mühəndislik təşəbbüsü olan BrainBridge adlı bir şirkət, baş transplantasiyasının süni intellekt və robot həkimlərin köməyi ilə reallaşacağını göstərən bir animasiya yayımladı. BrainBridge, transplantasiya prosedurları üçün qabaqcıl robototexnika və süni intellektdən istifadə edərək prosesin səkkiz il ərzində mövcud olacağını proqnozlaşdırır. Şirkət həmçinin funksionallığı və estetik görünüşü bərpa etmək üçün üz və baş dərisinin transplantasiyası əməliyyatını həyata keçirməyi planlaşdırır.

Aysun / Demedia.az