Türkiyədə yolda dəhşətli hadisə - Hər şey bir anda baş verdi
Türkiyədə yolda dəhşətli hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, tələbə avtobusunun sürücüsü Həsən Güroğlu ilə eyni istiqamətdə hərəkət edən yüngül ticari avtomobilin sürücüsü Ömər Sofu arasında tıxacda “yol vermək” məsələsi ilə bağlı mübahisə düşüb.
Mübahisə böyüyərkən hər iki sürücü bellərindən çıxardıqları silahla bir-birinə atəş açıb.
Güllələrə tuş gələn Sofu və Güroğlu yaralanıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Həkimlərin nəzarəti altında sürücülərdən Ömər Sofunun öldüyü müəyyən edilib.
Təcili yardım maşını ilə xəstəxanaya göndərilən Həsən Güroğlunun da müalicəsi polis nəzarətində olub. Sofunun cəsədi prokurorluğun müayinəsindən sonra yarılma üçün məhkəmə tibb müəssisəsinə aparılıb.
Aysun / Demedia.az