Makron Yeni Kaledoniyaya səfər edib
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Hind-Sakit okean koloniyası Yeni Kaledoniyada yerli əhalinin təsirini azaldacaq konstitusiya islahatına dair qanun layihəsini geri çəkməyib.
Demedia.az xəbər verir ki, Makron yerli əhalinin təsirini azaldacaq konstitusiya islahatı barədə qanun layihəsinə etiraz edən müstəqillik tərəfdarları ilə dialoq üçün Yeni Kaledoniyaya gedib. Makron Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində müstəqillik tərəfdarı və əleyhdarı siyasətçilərlə təmaslarından sonra mətbuata açıqlama verib. Makron bildirib ki, qanunun qüvvəyə minməsi üçün sənəd Fransa parlamentinin hər iki palatasında qəbul edilməlidir. Makron adadakı gərginliyin səngiməsindən sonra dialoqların davam edəcəyini ifadə edib.
Bahadur Seyidov