BMT Çinə və Tayvana çağırış etdi
Birləşmiş Millətlər Təşkilatı Çinin suverenlik mübahisəsi olan Tayvanın ətrafında hərtərəfli hərbi təlimə başlamasından sonra tərəfləri mötədilliyə çağırıb.
Demedia.az xəbər verir ki, təlimlər Tayvanın lideri Lai Çinq-tenin vəzifəyə başlamasından sonra təşkil edilib. BMT-nin sözçüsü Stefan Dujarrik Tayvan ətrafındakı hadisələri yaxından izlədiklərini ifadə edib. O, bütün tərəfləri bölgədə gərginliyi artıracaq addımlardan qaçmağa çağırıb.
Dujarrik BMT-nin Baş Assambleyanın Çinlə bağlı 1971-ci il qətnaməsinə uyğun hərəkət etdiyini bildirib.
Bahadur Seyidov