İran prezidenti daşıyan helikopterin qəzaya uğraması ilə bağlı ilkin hesabatı dərc edib



 11:00 24.05.2024     231

İranın Baş Qərargahı prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onu müşayiət edən şəxslərin olduğu helikopterin qəzaya uğramasından sonra başladığı təhqiqatın ilkin təhqiqat nəticələrini açıqlayıb.

Demedia.az xəbər verir ki, İranın rəsmi İRNA agentliyinin xəbərinə görə, İran Baş Qərargahı qəzanın miqyasını və səbəblərini araşdıran komissiyanın ilkin hesabatını dərc edib. Hesabatda qəza ilə bağlı texniki və ümumi məlumat və tapıntıların toplanaraq qiymətləndirildiyi qeyd edilib və bəzi məlumatların qiymətləndirilməsi üçün daha çox vaxta ehtiyac olduğu izah edilib.