Türkiyə Kubokunun finalında “Beşiktaş” və “Trabzonspor” üz-üzə gəlib.



 13:00 24.05.2024     339

Ziraat Türkiyə Kubokunun finalında “Beşiktaş” və “Trabzonspor” üz-üzə gəlib.

Demedia.az xəbər verir ki, Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Eren Elmalının ötürməsindən sonra öz sahəsində hərəkət edən Paul Onuaçu gözəl bədən driblinqi ilə Necip Uysaldan yayınaraq topu rəqibin cərimə meydançasına daşıdı. Ömər Kollidən qəşəng driblinglə uzaqlaşan nigeriyalı hücumçu topu Mert Günokun üzərindən tora göndərərək, 14-cü dəqiqədə komandasını 1:0 önə keçirib.