Yalı Çapkını'nda gözlənilməz ayrılıq! Emre Altuğ sağollaşır
Baş rollarda Mert Ramazan Demir, Afra Saraçoğlu, Çetin Tekindor, Şerif Sezer, Gülçin Santırcıoğlu, Emre Altuğ və Gözde Kansunun çəkildiyi Yalı Çapkınıda gözlənilməz ayrılıq yaşanır.
Demedia.az xəbər verir ki, serialın baş rol ifaçılarından olan Emre Altuğ ssenariyə uyğun olaraq heyətdən ayrılır. OGM Pictures-in istehsalı olan "Yalı Çapkını"nın 71-ci bölümünün ikinci treyleri bu gün yayımlanıb. Treylerdə Emre Altuğun canlandırdığı Orhan Korhan qaçırılır. İşgəncələrə məruz qalan və qan içində olan Orxanı ata və oğlu xilas edir. Atasının vurulduğunu görən Orxan onun qabağına tullanır və güllənin hədəfi kimi yerə yıxılır. İlk bölümdən bəri heyətdə olan Emre Altuğ ssenariyə görə ölərək serialla vidalaşır.
Bahadur Seyidov