Okan Buruk futbolçulara sosial şəbəkələrdən istifadəni qadağan edib



 16:00 24.05.2024     179

Rams Parkda əzəli çempion "Fənərbaxça"ya 1:0 hesabı ilə məğlub olaraq çempionatı son həftəyə buraxan "Qalatasaray" derbinin pis izlərini silməyə çalışır, digər tərəfdən isə səfərdə çempionluq matçına hazırlaşır.

Demedia.az xəbər verir ki,  Sarı-qırmızılıların çalışdırıcısı Okan Buruk "Fənərbağça"nın məğlubiyyətinin aşağı enerji və konsentrasiyadan qaynaqlandığını düşünür və Floryada motivasiya və diqqəti maksimuma çatdırmağa çalışır. Təcrübəli məşqçi ötən gün çox diqqət çəkən müraciət etdi. Burukun bütün komandanı video analiz otağına toplayaraq Rams Parkda Fənərbaxçanın coşğunu göstərən 15 dəqiqəlik video nümayiş etdirdiyi müəyyən edilib. Əldə edilən məlumata görə, Okan Buruk görüş zamanı ümumiyyətlə danışmayaraq video nümayiş etdirildikdən sonra otağı tərk edib.
Başqa bir məlumata görə, Buruk tələbələrindən sosial mediadan uzaq durmağı xahiş edib. 50 yaşlı çalışdırıcının sarı-qırmızılı futbolçuları çempionat matçı öncəsi yazılan mənfi fikirlərin təsirindən qorumaq istədiyi üçün belə bir məhdudiyyət gətirdiyi öyrənilib.