"Fənərbaxça"nın 1:0 hesabı ilə qalib gəlməsindən sonra hadisələr yaşanıb.
Bazar günü axşam saatlarında keçirilən "Qalatasaray" - "Fənərbaxça" derbi matçında "Fənərbaxça"nın 1:0 hesabı ilə qalib gəlməsindən sonra hadisələr yaşanıb.
“Fənərbaxça” meydanda bayram edərkən “Qalatasaray”ın baş katibi Eray Yazqan, stadionun idarəçisi Ali Çelikkıran və prezident Dursun Özbekin sürücüsü ilə “Fənərbağça”nın idarəçiləri arasında dava düşüb. Derbi zamanı baş verən hadisələrlə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. İstintaq çərçivəsində “Fənərbaxça” klubunun həkimi Ərtoğrul Qaranlıq, “Fənərbaxça”nın sabiq baş məşqçisi Hulusi Belgü və “Fənərbaxça”nın baş məşqçisi İsmayıl Kartalın oğlu Emre Kartal ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına çağırılıb.