Çin və Tayvan arasında müharibə  başlayır?



 16:04 24.05.2024     245

Çin ordusunun ada ətrafında keçirdiyi təlimlər səbəbindən Tayvanda hərbçilər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Demedia.az xəbər verir ki,  bu  barədə “Associated Press” məlumat  yayıb.

Bildirilib ki, xüsusilə, komandanlıq quru və dəniz qüvvələrini, raket birləşmələrini gücləndirilmiş xidmət rejiminə keçirib.

Çinin hegemon zehniyyətini göstərən hərbi təlimlər regional sülh və sabitliyə xələl gətirir.  Tayvan Silahlı Qüvvələri ölkəmizi müdafiə etməyə hazırdır. Biz heç bir münaqişə axtarmırıq, amma heçnədən də çəkinmirik", - deyə Tayvan MN məlumat  yayıb.

Bahadur Seyidov