Yaponiyada duzsuz xörəklərə dad verən elektron qaşıq hazırlanıb



 17:12 24.05.2024     281

Yaponiyada istehlak edilən pəhriz qidalarının duzlu olması üçün yeni üsul hazırlanıb.

Demedia.az xəbər verir ki, öz-özünə duzlu qaşıq adlanan yeni ixtira yeməkdə duzun miqdarını artırmadan duzlu dadı hiss etməyə imkan verir.

Qaşıq zəif elektrik sahəsi yaradır və bununla da yeyilən qidada natrium ionlarını cəmləşdirir, yeməyin duzlu olması hissini yaradır.

Duzsuz qidalar yediyiniz zaman az miqdarda natrium dilinizlə təmasda olur. Qaşıq natrium ionlarını elektrik cərəyanı ilə dad qönçələrinə yönəldir. Bu şəkildə yeməyin duzlu olması hissini təmin edir. Qaşığın iyun ayında satışa çıxarılacağı gözlənilir.

Bahadur Seyidov