“Brent” markalı neftin qiyməti ucuzlaşır



 17:42 24.05.2024     274

“Brent” markalı neftin bir barreli beynəlxalq bazarlarda 81,69 dollardan satılır.

Demedia.az xəbər verir ki, dünyada neftin qiyməti pik həddən düşməyə başlayıb.

Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 77,25 dollara satılıb.

Neftin ucuzlaşmasına dünyanın ən çox neft istehlak edən ölkəsi olan ABŞ-də dünən açıqlanan ABŞ Federal Ehtiyat Sisteminin (FED) protokollarının aşağı inflyasiyaya keçidin gözləniləndən daha uzun çəkə biləcəyini göstərməsi təsir edib.

FED-in son iclasının protokolları siyasət faizinin gözlənildiyindən daha uzun müddət daha yüksək səviyyədə qala biləcəyini və bəzi bank rəsmilərinin lazım gələrsə faiz dərəcələrini artırmağa açıq olduğunu ortaya qoyub.

FED-in faiz dərəcəsini endirmə vaxtı ilə bağlı gözləntilər qiymətləri aşağı salır.

Bahadur Seyidov