Yaponiya Yaxın Şərqdə “iki dövlətli həll”i dəstəkləyir
Yaponiya hökuməti Yaxın Şərqdə sülh prosesinin irəliləyişini nəzərə alaraq Fələstin dövlətinin tanınması məsələsini hərtərəfli qiymətləndirəcəyini bəyan edib.
Demedia.az xəbər verir ki,Yaponiyanın xarici işlər naziri Kamikava Yoko paytaxt Tokioda keçirdiyi mətbuat konfransında Yaxın Şərqdə “iki dövlətli həll”i dəstəklədiklərini bildirib. Kamikava, fələstinlilərin müstəqil dövlət qurmaq məqsədini qəbul etdiklərini və Yaponiyanın Fələstinin bu məqsədə yönəlik səylərini dəstəklədiyini bildirib. Kamikava bəyan edib ki, Yaponiya Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallant üçün “həbs orderi” vermək üçün müraciət prosesini diqqətlə izləyəcəklər.
Bahadur Seyidov