Antonio Quterreşdən Qəzza ilə bağlı açıqlama



 22:45 24.05.2024     282

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzaya hücumlarını dərhal dayandırması ilə bağlı qərarının məcburi olduğunu xatırladaraq, tərəflərin qərara əməl edəcəyinə inandığı bildirilib.

Demedia.az xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrik mətbuat konfransında deyib. Baş katibin Beynəlxalq Ədalət Məhkəməsinin qərarını nəzərə aldığını bildirən Düjarrik, “Baş katib xatırladır ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarları BMT Nizamnaməsinə və məhkəmə nizamnaməsinə uyğun olaraq məcburi xarakter daşıyır və hesab edir ki, tərəflər zəruri hallarda məhkəmənin qərarını yerinə yetirəcəklər” deyə bildirib.

Bahadur Seyidov