Çin Tayvan ətrafında hərbi təlimlərini davam etdirir



 16:14 24.05.2024     296

Çin Tayvan ətrafında hərbi təlimlərini davam etdirir.

Demedia.az xəbər verir ki, Çin Xalq Qurtuluş Ordusunun Şərq Cəbhəsi Komandanlığının açıqlamasında, təlimlərdə ada ətrafında ortaq əməliyyatların təşkil edildiyi, şərti döyüş meydanının ələ keçirilməsi və nəzarət edilməsi və kritik mövqelərin tutulmasına diqqət yetirildiyi bildirilib.

Qeyd edək ki, Çin ordusu Tayvanın yeni lideri Lai Çinq-tenin vəzifəyə başlamasından sonra ada ətrafında hərbi təlimlərə başladığını açıqlayıb.

Bahadur Seyidov