İzlənmə rekordları qıran video: Yaxşılığın nəticəsi...
Türkiyədə Əskişəhərdə mağaza sahibi Canan Selamet leysan zamanı qayçı dəyişdirmək üçün tramvaydan düşən sürücüyə çətir tutub.
Demedia.az xəbər verir ki, həmin anlar mobil telefonla lentə alınıb. Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
İki Eylül küçəsində şirniyyat dükanı işlədən Canan Selamet leysan zamanı açarları dəyişmək üçün iş yerinin qarşısında dayanan tramvayın hərəkət etdiyini görüb. Tramvaydan enərkən yağışdan əziyyət çəkən qadın sürücünü görən Selamet müştərisindən aldığı çətirlə onun köməyinə qaçıb. Vatmananın qayçı dəyişdiyi iki nöqtədə çətir tutaraq islanmamağa diqqət edən Canan Selamet daha sonra dükanına qayıdıb. Bu anlar ətrafdakılar tərəfindən mobil telefonlarına çəkilərək sosial şəbəkədə paylaşılıb. Görüntülər sürətlə yayıldı.
Aysun / Demedia.az