Yaddaş zəifliyinin səbəbləri və müalicəsi - Video



 09:07 25.05.2024     447

Unutqanlıq və ya yaddaş zəifliyi müasir dövrün ən yayğın şikayətlərindən biridir. Müasir günümüzün gətirdiyi stress və həyat tərzi insanların yaşam formasına öz mənfi təsirini göstərə bilər.

Yaşadığımız cəmiyyətdə baş verən hadisələr həyat tərzimizə təsir etməklə yanaşı, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Oturaq, antisosial həyat və sıx iş stresi psixoloji və nevroloji problemlərə yol aça bilər. Yaddaş pozuntusu xəstəliyi nədir? Bu sual son zamanlar ən çox verilən suallardandır. Çünki unutqanlıq insanların gündəlik və iş həyatına mənfi təsir göstərir. Bu hallar həm də insanları psixoloji cəhətdən mənfi düşünməyə sövq edir. Belə bir pis vəziyyətə girmək unutqanlığı daha da artırır və nəticədə unutqanlıq – yaddaşsızlıq xəstəliyinə səbəb olur. Nevroloq Jalə Qarayeva bildirir ki, unutqanlığın səbəbləri çox fərqli ola bilər. Ancaq bu hal ciddiyə alınmalı və müalicəsi tez bir zamanda edilməli bir vəziyyətdir. Həkim onu da qeyd edir ki, insanların fərdi olaraq tətbiq edə biləcəyi tədbirlər var, amma ilk növbədə müayinə olunmalı və diaqnoz qoyulmalıdır. Amneziya diaqnozu ümumiyyətlə bəzi testlərin tətbiqi ilə nevrologiya və psixologiya mütəxəssisləri tərəfindən qoyulur. Xəstəliyin səbəbləri nəzərə alınaraq müalicə tətbiq edilir və unutqanlıq xəstəliyinin qarşısının alınmasına çalışılır.

Demedia.az  Nevroloq Günel Verdiyeva "Youtube"  kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az