ERKƏN KLİMAKS: Əlamətləri və müalicəsi - Video



 09:54 25.05.2024     416

Klimaks qadının yaşla əlaqədar olaraq cinsiyyət sisteminin aktivliyinin nisbətən azalmasıdır. Elmi desək, bu zaman yumurtalıqlarda follikulların miqdarı azaldığı üçün müvafiq olaraq estrogen istehsalı da azalır. Zamanla estrogen istehsalı dayanır və yumurtalıqlar kiçilir. Müvafiq olaraq, menstrual dövr kəsilir və reproduktiv qabiliyyət itirilir. Bu proses qadınlarda adətən 45-55 yaşlarında baş verir.

Başlama dövrünə görə menopauza üç növə bölünür:

  1. Təbii klimaks: Qadınlarda adətən bu mərhələ 45-55 yaşlarında başlayır. Bu yaşlarda baş verən menopauza təbii hal sayılır.

  2. Erkən klimaks: 45 yaşından əvvəl baş verərsə, bu, erkən adlanır. Naməlum sağlamlıq səbəbləri, otoimmün xəstəliklər, radioterapiya, kimyaterapiya, infeksiyalar, ekoloji səbəblər, abortlar və uşaq düşməsi, tez-tez hamiləlik, piylənmə və digər səbəblərdən baş verə bilər.
  3. Cərrahi klimaks: Bəzi əməliyyatlar vaxtından əvvəl menopauzaya səbəb ola bilər. Menstruasiya olan qadının yumurtalıqları cərrahi yolla çıxarılarsa, menstruasiya dayandırılır və bu dövr yaranır. Cərrahi müdaxilədən sonra süni menopauza yaranır ki, bu zaman əlamətlər qaflətən başlayır və tez inkişaf edir. Belə vəziyyətlərdən qorunmaq üçün, əməliyyatdan dərhal sonra əvəzedici hormonal preparatlar qəbul etmək lazımdır ki, normal tsikli imitasiya etsin. Bəzən radiasiya müalicəsi də buna səbəb ola bilər.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az