DİQQƏT! Uşaqlara bu peyvəndlər vacibdir! - Video



 10:33 25.05.2024     418

 

Peyvənd - infeksion xəstəliklərdən qorunma və risk paylarını azaltmaq üçün istifadə edilən vacib vasitədir.

Ölümlərin azaldılmasında da bu vasitə böyük əhəmiyyət kəsb edir. Peyvəndlər də dərmanlar kimi tibbi məhsul sayılır və digərləri kimi əks təsirləri ola bilər.Qızdırma, baş, əzələ ağrısı, iştahsızlıq da peyvəndlərdən sonra görülə bilən əlamətlərdəndir. Adətən 48-72 saat ərzində öz-özlüyündən keçir. Hepatit A peyvəndindən sonra isə insanların 5 faizində daha çox ishal, qusma müşahidə edilir. Bu şikayətlər adətən 48 saatdan sonra qısa müddətdə düzəlir. Su çiçəyi, qızılca kimi xəstəliklər əleyhinə vurulan peyvənddən 7-10 gün sonra vücudda su çiçəyinə bənzər səpkilər yarana bilər ki bu da 2 gün davam edir. Xüsusilə valideynləri narahat edən göyöskürək, difteriya, tetanus (AkDS) peyvəndidir. GDT peyvəndi 2,4,6 ayında vurulur və 18 ayında revaksinasiya olunur. Bəzi hallarda isə peyvənddən sonra uşaqlarda qızdırma halları baş verir. Azərbaycan Respublikasının peyvənd təqvimi və vaksinlər barədə verdiyi məlumata əsasən peyvəndlərin uşaqlara vurulma yaşlarını qeyd edirik: Doğuşdan sonra, həmçinin 3-7-ci gün, 2,3,4,6,12,18 aylığında və 6 yaşında peyvəndlərin vurulması tövsiyə edilir. Qeyd edək ki, bu növ peyvəndlər, Hepatit B, vərəm, sarılıq, tetanus, göy öskürək, pnevmokok, qızılca, məxmərək, difteriya kimi infeksiyalar əleyhinə vurulur.

Pediatr-İnfeksionist Aytən Ziyadova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Aytən Ziyadova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az