Türkiyədə həlledici gün - Çempion bəlli olacaq



 12:00 25.05.2024     230

Çempionluq yarışının nəfəs kəsən olduğu Super Liqada sabah axşam İstanbulspor ilə qarşılaşacaq Fənərbaxça, Konyaspor-Qalatasaray matçını da izləyəcək.

Keçən həftə səfərdə "Qalatasaray"ı məğlub edərək çempionluq ümidlərini son həftəyə daşıyan sarı-göylülər, "Konyaspor" - "Qalatasaray" matçına da diqqət yetirəcək və çempionluq üçün "Qalatasaray"ın Konya səfərində məğlub olmasını gözləyəcək.

Fənərbaxça-İstanbulspor və Konyaspor-Qalatasaray matçları bazar günü saat 19.00-da başlayacaq.