Ukrayna NATO-ya yaxın 30 ildə belə daxil olmayacaq



 09:15 27.05.2024     307

Almaniya kansleri Olaf Şolz etiraf edib ki, Ukraynanın NATO-ya daxil olması yaxın gələcəkdə baş verməyəcək.

Demedia.az xəəbər verir ki, o bildirib ki,  müharibənin səbəblərindən biri də Ukraynanın guya NATO-daxil olması olub:

“Qərarları (keçmiş NATO sammitlərinin) bilirsiniz - bu yaxın gələcəkdə gözlənilmir. Yəqin ki, yaxın 30 ildə gözlənilmir. Mən hətta bunu açıq demişəm”.

Onun sözlərinə görə, o, bu barədə iki il yarım əvvəl həm Moskvada, həm də Kiyevdə danışıb.

Bahadur Seyidov