Hindistanda dəhşətli yanğın - 6 körpə öldü
Hindistanın paytaxtı Yeni Dehlidə körpə xəstəxanasında baş verən yanğında 6 yeni doğulmuş körpə həyatını itirib.
Demedia.az xəbər verir ki, Dehli Yanğından Mühafizə Xidmətindən verilən açıqlamada, gecə saatlarında paytaxtın Vivek Vihar bölgəsində körpə xəstəxanasında yanğının baş verdiyi və xəstəxanada olan körpələrin vətəndaşların köməyi ilə çıxarıldığı bildirilib.
Bildirilib ki, yeni doğulan körpələrdən 6-sı tüstüdən zəhərlənmə nəticəsində dünyasını dəyişib, 5 körpəyə isə yaxınlıqdakı xəstəxanada tibbi yardım göstərilib.
Bahadur Seyidov