Netanyahu Qəzzadan çəkilmə tələbini rədd edib



 12:14 27.05.2024     286

İsrailin baş naziri Binyamin Netanyahu Qəzzadan çəkilmə tələbini rədd edib.

Demedia.az xəbər verir ki, bu barədə Baş nazirlikdən açıqlama verilib. Açıqlamada Netanyahunun müharibəni dayandırmaqdan və Qəzzadan çəkilməkdən imtina etdiyi bildirilib. Açıqlamada Netanyahunun Qəzzada israilli girovların xilas edilməsi üçün danışıqlar aparan heyətə dəfələrlə geniş səlahiyyətlər verdiyi bildirilib. Qeyd edilib ki, HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar müharibənin bitməsi və HƏMAS-ın olduğu kimi qalması üçün İsrail ordusunun Qəzzadan çəkilməsini tələb edib, lakin Netanyahu bunu rədd edib.

Bahadur Seyidov