İsrailin hücumları səngimir



 17:12 27.05.2024     302

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə və mərkəzi hissədəki Nusayrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlarda 7 fələstinli həyatını itirib.

Demedia.az xəbər verir ki, Fələstinin rəsmi agentliyinin xəbərinə görə, İsrail döyüş təyyarələri Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, Qəzza zolağının Rəfah şəhərində bir evi bombalayıb. Hücumda ən azı 4 fələstinli həyatını itirib, bəziləri isə yaralanıb.

İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki Əz-Zuhur küçəsində bir qrup fələstinlini hədəfə alıb. Hücumda 3 nəfərin öldüyünü, bəzilərinin isə yaralandığını bildirib.

Bahadur Seyidov