Avropa İttifaqı xarici işlər nazirləri Brüsseldə görüşüblər
Avropa İttifaqı xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə görüşüblər.
Demedia.az xəbər verir ki, iclasda əsasən Fələstin və Ukrayna məsələləri müzakirə edilib. İspaniya, İrlandiya və Norveçin Fələstini dövlət kimi tanıması qərarından sonra keçirilən ilk Avropa İttifaqı xarici işlər nazirləri toplantısı maraqla izlənilib. Avropa İttifaqının ali komissarı Josep Borrellin sədrliyi ilə keçirilən toplantıda İsrailin Rəfahdakı qətliamı da gündəmdə olub.
Avropa xarici işlər nazirləri Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər xarici işlər nazirləri ilə də görüşüblər.
Bahadur Seyidov