Liviyalı hakerlər İsrailin “Kanal 14” televiziyasına kiberhücum edib



 15:19 27.05.2024     330

Liviyalı hakerlər İsrailin “Kanal 14” televiziyasına kiberhücum edib.

Demedia.az xəbər verir ki, “Kanal 14” televiziyasının canlı yayımında Məscidül-Əqsanın görüntüsü ekranda əks olunub. “Kanal 14” televiziyası qalmaqallı yayımlar edir  və İsrailin Baş naziri Binyamin Netanyahuya yaxınlığı ilə tanınır. Liviyalı hakerlər ilk olaraq yayım zamanı ekrana beynəlxalq haker qrupunun “Anonymous”un simvol maskası taxan şəxsi gətiriblər. Sonra Məscidül-Əqsanın görüntüsü nümayiş edilib.

Bu görüntülər ekranda yayımlanarkən Qurani-Kərimin oxunması eşidilib.

Bahadur Seyidov