Türkiyədə şok hadisə: İki zibil qabında bədən hissələri tapıldı



 19:00 27.05.2024     663

Türkiyədə Pendikdə iki ayrı zibil qabında parçalanmış kişi meyiti tapılıb.

Demedia.az xəbər verir ki, polis qrupları hadisə ilə bağlı işlərini davam etdirir.

Dəhşətli hadisə Pendik Dumlupınar rayonunda baş verib. İddialara görə, vətəndaş səhər saatlarında zibil qabına zibil atarkən parçalanmış meyit görüb. O, vəziyyəti dərhal polis qruplarına xəbər verib. Xəbər üzərinə çoxlu polis qrupları hadisə yerinə sövq edilib.

Polis qrupları hadisə yerini təhlükəsizlik lenti ilə bağlayaraq genişmiqyaslı araşdırma başlatdı. Ətraflı araşdırmalar nəticəsində qolları və ayaqları bədənindən ayrılmış meyitin iki fərqli qabda tapıldığı müəyyən edilib. İlkin araşdırmalara görə, meyitin kişiyə məxsus olduğu müəyyən edilib. Meyit hissələri tədqiq olunmaq üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılarkən, polisin hadisə ilə bağlı araşdırması davam edir.

Salih Burma adlı vətəndaş "Nə baş verdiyini dəqiq bilmirik. Bazara gedirdim, gördük ki, qapıda polis və mülki şəxslər var, dedilər cəsədlər var. Dostlar parçalanmış cəsədlərin içəridə olduğunu deyirlər. İki küçə geridə olan zibilləri hazırda araşdırırlar".

Aysun / Demedia.az